“OKA”da “Marlboro” keçirmək istədi

okada-marlboro-kecirmek-istedi
Oxunma sayı: 1122

Gürcüstandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb.

“Qafqazinfo”nun DGK-ya istinadən məlumatına görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “OKA” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin alt hissəsində, xüsusi hazırlanmış gizli saxlanc yerində 3600 ədəd “Marlboro” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.