Oksana “Eşq”ini təqdim etdi- - Fotolar

oksana-esqini-teqdim-etdi-
Oxunma sayı: 1509


“Qafqazinfo”nun məlumatına görə, media nümayənlərini bir araya toplayan rəqqasə Hindistanda qazandığı qalibiyyətdən danışıb:

“İnanmazdım ki, bu cür möhtəşəm müsabiqədə qalib olacam. Neçə min hindistanlının içərisində qalib olmaq gözlənilməz idi. Azərbaycan xalqı mənə dəstək oldu. Hər kəsə təşəkkürümü bildirirəm, yaxşı ki, varsınız. Bu dəstəkləri görəndə başa düşdüm ki, mən əsl azərbaycanlıyam. Müsabiqə ərəfəsində dostlarımı, düşmənlərimi də tanıdım. Bu mənim üçün böyük məktəb oldu”.

Daha sonra “Eşq” klipini təqdim edən Rəsulova təəssüratlarını bölüşüb:

“Leyli Məcnun” əsərini çox sevirəm, klip də həmin əsəri xatırladır. Klip 4 ay öncə Atəşgahda çəkilib. Müsabiqə ilə əlaqədar təqdim edə bilməmişdim. “Eşq”ə Kənan Musayev ekran həyatı verib. Bilirsiniz ki, klipdə rol alan rəqqasələrimizdən Gülarə rəhmətə gedib. Bu klipi də onun ruhuna ithaf edirik. Allah rəhmət etsin”.

Könül