Oksana özünü fotoşopla arıqlatdı

oksana-ozunu-fotosopla-ariqlatdi
Oxunma sayı: 2854

Bir neçə ay bundan əvvəl ana olan rəqqasə-aktrisa Oksana Rəsulova bu dəfə fotosu ilə gündəmə gəlib.  “Qafqazinfo” xəbər verir ki, hamiləlik ərəfəsində 30 kiloqram çəki alan aktrisa fotoşoplu şəklini instaqramda paylaşıb. 

Oksananın şəxsi səhifəsində həddən artıq incə görünməsi hər kəsi təəccübləndirib. Bundan sonra “photoshop.ifsa” səhifəsi rəqqasənin fotosunu müzakirəyə çıxararaq onun fotoşopdan istifadə etdiyini faktlarla sübuta yetirib. 

Oksana isə sözügedən səhifənin bu addımına etiraz edərək onları “blok” edib.