Oksana Xoseni müdafiə etdi - “Dırnağı qədər ağlın olsaydı…”

oksana-xoseni-mudafie-etdi
Oxunma sayı: 4215

Oksana Rəsulova keçmiş əri Elşad Xose ilə müğənni Xatun Əliyeva arasında yaranan qalmaqala münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, rəqqasə “Maşın” şousunda Elşada dəstək olduğunu söyləyib. O, Xatunun canlı yayımda söylədiyi fikirlərə etiraz edib:

“Bağışlayın, artıq susa bilmirəm. Bu cümlə: “Mənim sənin qədər işçim var”. Bu nə deməkdir? Mən bir tərəfin mövqeyində deyiləm, amma sən Elşad Xosenin dırnağı qədər ağlın olsaydı, belə deməzdin. Hər gün Mehriban Xanlarovanı qoruyub saxladız, nə oldu? Bəs əlinizi çəkmək istəyirdiz, can yandırırdız.

Dünən nə oldu? Adama deyərlər pulunuz var, lap yaxşı. Lovğalanmaq lazım deyil, belə “duxu”nuz çatırdısa, əlinizi götürüb gedərdiz. Boş-boş danışaraq aranı qızışdırmaq lazım deyil. Yalan və haqsızlıqdan zəhləm gedir”.