Oksanadan gülməli fotoşop - Elşadın yerinə...

oksanadan-gulmeli-fotosop
Oxunma sayı: 4100

Rəqqasə-aktrisa Oksana Rəsulova ana olduqdan sonra ilk dəfə kamera qarşısına keçərək reklam çarxına çəkilib.

 “Qafqazinfo” primetime.az-a istinadən xəbər verir ki, ekran işində o, bir növ öz həyatını canlandırıb. Belə ki, onun uzun zamandır ana ola bilməməsi artıq hamıya bəllidir. Elə videoda da Oksana və aktyor Elçin Əfəndiyev övlad sahibi ola bilməyən cütlüyü oynayıblar. Maraqlı məqamlardan biri isə reklamda Rəsulova öz toy şəkilindən istifadə edib.
 
Amma şəkil fotoşopla düzəliş olunaraq Elşad Xosenin yerinə aktyorun başı qoyulub.