Oksananı aldatdılar

oksanani-aldatdilar
Oxunma sayı: 3457


“Qafqazinfo”nun məlumatına görə, bu haqda teleaparıcı öz “Facebook” səhifəsində bildirib:

“Biz, Oksana Rəsulova və Tural Ozan bəyan edirik! 

Bir neçə ay öncə bizə bir təklif gəldi. Azərbaycan və Türkiyənin birgə layihəsi olan "Acıtan Yürək" filmində baş rol təklifi aldıq. Anlaşmaya əsasən, filmi türkiyəli rejissor Cansu Kırdar İrmak lentə alacaqdı. Eyni zamanda filmdə "Kaybolan Yıllar" serialından məhşur aktyor Saruhan Hunelin də, baş rolda olacağı bildirildi. Layihə rəhbəri Günel Abdullayeva, həmçinin , filmin digər iştirakçılarının seçim turlarında Acun İllicalı və "Möhtəşəm Yüzyıl" serialının qəhramanı Meryem Uzerlinin də iştirak edəcəyi bildirdi. Film Türkiyədə İzmirdə, Bakıda və Qəbələdə çəkiləcəyi deyilirdi. Artıq bir neçə ay keçməsinə baxmayaraq, film hələ də çəkilmir. Hər ay layihə rəhbəri naməlum səbəblərə çəkilişi təxirə salıb, növbəti aya salındığını bildirir.

Biz də, bu məsələdən ciddi narahat olub araşdırma apardıq. Məlum oldu ki, filmin lentə alacaq resjissor Cansur Kırdar İrmak adlı şəxs, ümumiyyətlə, mövcud deyil, nəinki hansısa filmi lentə alıb indiyə kimi hətta "Google" axtarış sistemində də Cansu adlı rejissor yoxdur. Bundan əlavə filmin səsi-sorağı Türkiyə mediasına qədər gedib çıxıb və türkiyəli jurnalistlərin araşdırmasına görə Saruhan Hunel bu xəbərin yalan olduğunu bildirib, eyni zamanda hal- hazırda Almaniyada olan Meryem Uzerlinin keçmiş sevgilisi Can Ateş Türkiyə mediasına müsahibədə xəbərin yalan olduğunu deyib. 

Biz də, Oksana Rəsulova və Tural Ozan olaraq qərar alırıq ki, bu film həqiqəti əks etdirmir.Layihə rəhbəri bizə film üçün baş rola görə hər birimizə 15.000 manat verəcəyini bildirmişdi. Amma hal-hazırda nə film var, nə də rəsmi bir kontrakt. Eyni zamanda bizim vasitəmizlə “Acıtan yürək” filmin mediada piarının aparılmasını və reklam edərək əlavə iştirakçıları cəlb etmək üçün bizim adımızdan istifadə edildiyini düşünürük. Son zamanlar təkcə biz deyil, filmdə iştirak edən digər iştirakçılarında bizə müracət edərək onlarda narahat olduqlarını bildirirlər. Bununla yanaşı dünən apardığımız araşdırma zamanı məlum oldu ki, kastinqə gələn 500-dən çox iştirakçının hər birindən heç bir sənəd təqdim edilmədən müəyyən miqdarda pul da alınıb və hal-hazırda kastinqlər davam edir. Hətta layihə rəhbəri filmin 17 sponsoru olduğunu bildirir və bu şirkətlər arasında kifayət qədər önəmli şirkətlərin və şəxslərin adını hallandırır.

Beləliklə, Oksana Rəsulova və Tural Ozan bəyan edir ki, “Acıtan yürək” adlı filmdən imtina edirik. Bu günə qədər adımızdan süni istifadə etməklə özlərinə piar və yeni iştirakçı qazanmaqla dolayı yolla pul qazanmaq istəyən bu filmin və layihənin rəhbəri Günel Abdullayevanı insanları aldatmaqda günahlandırırıq. Həmçinin bundan sonra bu filmlə adımızın bir hallanmasını istəmirik. Bizə qarşı edilmiş haqsızlığa və bizi aldatdığına görə məsələni hüquqi yolla həll edəcəyik. Bununla bağlı rəsmi orqanlara müraciət edib , təzminat davası açacağıq”.