Oktara çalışan azərbaycanlı hakerlər - Şantajla pul alıblar

oktara-calisan-azerbaycanli-hakerler
Oxunma sayı: 4141

Türkiyədə 176 tərəfdarı ilə birgə saxlanılan Adnan Oktarın təşkilatı ilə bağlı yeni faktlar ortaya çıxıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, təşkilat uşaq qaçırmaq, təcavüz, İsrailə cəsusluq etmək başda olmaqla 30 ayrı cinayətdən mühakimə olunacaqlar.

“Sabah” qəzetinin yaydığı məlumata görə, dövlətin gizli məlumatlarını İsrailə sızdırmaqda ittiham olunan Adnan Oktarın təşkilatının FETÖ-yə bənzər təşkilatlanma olduğu təsdiqlənib. Oktarın üzvlərindən birinin isə israilli millət vəkili olduğu iddia edilir. Belə ki, həmin deputat ildə 2-3 dəfə İstanbula gedərək Oktardan aldığı məlumatları MOSSAD və Netanyahu ilə paylaşıb. 

Oktarın saxlanılan bəzi tərəfdarları təşkilatın çirkli pullar yuduğunu və həmin pulların İngiltərə ilə İsraildən gəldiyini Milli Kəşfiyyat Təşkilatına bildiriblər. 

Qadınların 7 nəfərlik evlərdə saxlanıldığı və onlardan məsul olan silahlı alman qadının işgəncə tətbiq etdiyi məlum olub. 

Təşkilat, həmçinin azərbaycanlı iki hakerin vasitəçiliyi ilə hədəf şəxslərin İP-lərini digər hakerlərə ötürüb, “hack” edilən kompüterlər dinlənilib. Qurbanlar fotomontajla şantaj edilərək pulları alınıb.