Oktay Şirəliyev baş həkimi işdən qovdu

oktay-sireliyev-bas-hekimi-isden-qovdu
Oxunma sayı: 648

Səhiyyə naziri Oktay Şirəliyev Ağcəbədi rayon Mərkəzi Xəstəxəanasının baş həkim Arif Quliyevi vəzifəsindən uzaqlaşdırıb. “Qafqazinfo”nun məlumatına görə, nazir dünən baş həkim Arif Quliyevə işdən çıxması ilə bağlı ərizə yazmasını tövsiyə edib. Lakin baş həkim nazirin bu tələbi ilə razılaşmayaraq işdə qalması üçün təkidlər edib.

Ancaq nazir onun istəklərinə məhəl qoymayaraq Arif Quliyevi işdən azad edib. Artıq Ağcabədiyə yeni baş həkim də təyin olunub. Həmin şəxs Bərdə rayonunda baş həkiminin müavini, nazirə yaxınlığı ilə seçilən Novruz adlı tanınmış həkimdir.