Oktyabrın 1-i Aşuradır

Oktyabrın 1-i Aşuradır
Oxunma sayı: 707

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması münasibəti ilə tədbir keçirilib.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, tədbirdə QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İşüzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, axundlar, imamlar və digərləri iştirak edib.

Mərasimdə Məhərrəm ayının başlanması ilə bağlı fətva qəbul edilib.

Fətvaya əsasən, Məhərrəm ayı Miladi təqvimlə sentyabrın 22-də başlayacaq. Aşura günü oktyabrın 1-nə təsadüf edir.
Fətvada deyilir: “Hicri-qəməri təqvimi ilə 1438-ci il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni Hicri 1439-cu ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi