Öldürülən iş adamının cənazəsi Azərbaycana gətirilir

Öldürülən iş adamının cənazəsi Azərbaycana gətirilir
Oxunma sayı: 2318

Rusiyanın Saratov şəhərində evinin qarşısında güllələnərək qətlə yetirilən azərbaycanlı iş adamı Ceyhun Cəfərovun cənazəsi Azərbaycana gətirilir.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, iş adamı Azərbaycanda atasının qəbrinin yanında dəfn olunacaq.

Biznesmenlə vidalaşmaq üçün evinin qarşısına 150-yə yaxın insan toplaşıb. Onların arasında Saratov keçmiş rəhbəri Valeri Sarayev və regionun mədəniyyət naziri Vladimir Barketov da var. 

Xatırladaq ki, 55 yaşlı tikinti şirkətinin rəhbəri Ceyhun Cəfərov oktyabrın 24-də evinin qarşısında maşınından düşərkən ürəyindən vurularaq qətlə yetirilib. 

Qeyd edək ki, bütün qohumları Saratovda yaşadığı üçün daha əvvəl biznesmeninin burada dəfni nəzərdə tutulmuşdu.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi