Ölən balinanın mədəsindən 7 kiloqram plastik qab çıxdı - Video

olen-balinanin-medesinden-7-kiloqram-plastik-qab-cixdi
Oxunma sayı: 4219

Taylandda Malayziya ilə sərhəddə dalğaların sahilə atdığı qara balina aşkarlanıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, balinanın xilası üçün 5 gün cəhd edilsə də, gözlənilən nəticə alınmayıb. Sərbəst üzüb, qidalana bilməyən nəhəng canlının həyatını xilas etmək mümkün olmayıb. 

Qara balinanın ölüm səbəbinə gəlincə, onun mədəsində 7,7 kiloqramadək çəkisi olan  80 ədəd plastik qab tapılıb. Daim plastik materiallarla qidalanan məməli daha sonra normal qidalana bilməyib.

Qeyd edək ki, hər il Tayland sularında plastik tullantılar səbəbindən 300 dəniz canlısı məhv olur.