Ölən əsgərə görə cinayət işi açıldı

olen-esgere-gore-cinayet-isi-acildi
Oxunma sayı: 635

Respublika Hərbi Prokurorluğundan Trend-ə verilən məlumata görə, 1994-cü il təvəllüdlü Novruzov Elşən Nəriman oğlu nun ölümü ilə bağlı Bakı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma, eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, avqustun 29-da N saylı hərbi hissənin əsgəri, bu ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən həqiqi hərbi xidmətə çağrılan, 1994-cü il təvəllüdlü Novruzov Elşən Nəriman oğlu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

Müdafiə Nazirliyinin dünən yaydığı rəsmi məlumata görə, əsgərin ölümünə səbəb kəskin ensefalit, fulminant gedişli (ildırım sürətli) serebral koma, (4-cü dərəcə) pərçim simptomu, (beyin kötüyü və beyincik badamcıqlarının böyük ənsə dəliyinə pərçim) toksiki nefrit, reaktiv pankreatit, infeksion - toksiki miokardit, kəskin ürək-damar və tənəffüs çatışmazlığı olub.