Ölən uşaq sürücünün oğlu imiş

olen-usaq-surucunun-oglu-imis
Oxunma sayı: 1682

Xəbər vediyimiz kimi, dünən axşam saatlarında Goranboy rayonunda dəhşətli qəza baş verib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, noyabrın 21-də saat 18 radələrində Goranboy rayonunun Bəşirabad kəndində Baxçakürd kənd sakini Ramin Əliyevin idarə etdiyi “ZAZ” və Göygöl rayon sakini Orxan Süleymanovun idarə etdiyi “NAZLifan” markalı avtomobillər toqquşub. 

Nəticədə R.Əliyevin sərnişinlərindən azyaşlı oğlu, 2010-cu il təvəllüdlü Nicat hadisə yerində ölüb, özü və digər 2 sərnişini, habelə O.Süleymanov və 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Murad Əhməd