Bu günlərdə Şəmkirin Dəllər Cəyir kəndində vəfat edən Məmmədov Zöhrab Yaqub oğlunun yaxınları mərhumun ehsanın əvəzinə, kənd sakinləri üçün xeyriyyə işləri həyata keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, Dəllər Cəyir kənd İƏD-si üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kəndin mərkəzi küçəsi və mərkəzi küçənin ətrafında iki küçə qum-çınqıl tökülərək təmir edilib, kənd sakinlərinin istifadəsinə verilib.
Şəmkir Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, kənd sakinləri Şəmkir rayonunda belə bir təşəbbüs irəli çəkdiyi üçün rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.