“Ölənədək onun yanındayıq”

olenedek-onun-yanindayiq
Oxunma sayı: 2581

Bu gün UEFA Çempionlar Liqasında “Real” – PSJ matçı baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan öncə madridlilərin müdafiəçisi Marselo açıqlama verib. 

Braziliyalı futbolçu matçın onlara əlavə motivasiya verdiyini bildirib: “Oyuna normal qaydada köklənmişik. PSJ ilə oyun bizə əlavə motivasiya verir. Hər kəs “Real”ın gücünü bilir. Hər bir komanda Ronaldo və Neymar kimi futbolçuya sahib olmaq istəyir. Lakin “Real” və PSJ təkcə onlardan ibarət deyil. PSJ-də 3 möhtəşəm hücumçu var. Bir sözlə maraqlı qarşılaşma olacaq. Azarkeşləri “Santyaqo Bernabeu”da fantastik gecə gözləyir”.

“Sambaçı” Zinnədin Zidanın “Real”dakı durumundan da danışıb: “Zidan böyük məşqçidir. Ölənədək onun yanında olacağıq. Bizi matçlara əla hazırlayır. Bu oyuna da yaxşı kökləyib. Zidanla komandamız çox uğurlar əldə edib”.