Ölənlərin sayı 200-ü keçdi

olenlerin-sayi-200-u-kecdi
Oxunma sayı: 1421


80 adamın xəsarət aldığı bildirilir, onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir. Ölü sayının artacağı ehtimal olunur. Mayın 13-də baş verən partlayışa elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal olunur.

 “Qafqazinfo” Azadlıq Radiosuna istinadən xəbər verir ki, Türkiyənin enerji naziri Taner Yildiz bildirib ki, partlayış anında mədəndə 787 işçi çalışırmış. Nazir həmçinin şaxtaçıların əksəriyyətinin ölümünə karbonmonoksid zəhərlənməsinin səbəb olduğunu bildirib. Hazırda xilasetmə işləri davam edir.  

 Bu arada şaxtaçıların ailə üzvləri və yaxınları yerli xəstəxananın ətrafına toplaşaraq məlumat almağa çalışırlar.

 Türkiyənin baş naziri Recep Tayyip Erdoğan faciə ilə bağlı mayın 14-də Albaniyaya planlaşdırılan səfərini təxirə salıb və hadisə yerinə gedəcəyini bildirib.