“Olimpiada- 2020”yə robotlar kömək edəcək

“Olimpiada- 2020”yə robotlar kömək edəcək
Oxunma sayı: 426

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək ХХХII Yay Olimpiya Oyunlarında istifadəsi planlaşdırılan robot köməkçilərin sınaqlarına başlanılıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, müstəqil aparatların sınaq quraşdırma işləri noyabrın 13-nə nəzərdə tutulur.

Eksperimentdə iştirak üçün Yaponiyanın 5 aparıcı texnoloji şirkəti tərəfindən təqdim edilən 5 robot seçilib.

Məlumata görə, robotların başlıca vəzifəsi ilk növbədə xarici turistlərə yardım göstərməkdən ibarətdir. Onların hamısı yapon, ingilis, Çin və Koreya dilində “başa düşür” və “danışır”. Hökumət ümid edir ki, olimpiada və paraolimpiadada robot köməkçilərdən istifadə bütün dünyaya yüksək səviyyəli yapon texnologiyasının nümayişi üçün gözəl fürsət olacaq.

Yapon texnologiyalarının populyarlaşdırılması məqsədilə hökumət, həmçinin 2020-ci ildə Ümumdünya Robotlar Sammiti keçirməklə bağlı qərar qəbul edib. Tədbirdə robotlar dəqiqlik, sürət və iş keyfiyyətinə görə yarışacaqlar.

ХХХII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi