Olimpiada ərəfəsində 5 medal

olimpiada-erefesinde-5-medal
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi məlumata görə, yarışda 6 idmançımız iştirak edib.

Güləşçilərimiz 4 gümüş və 1 bürünc medal qazanıb.

Baş məşqçi Salih Boranın rəhbərliyi altında yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq) olimpiada öncəsi son turnirdə qüvvələrini sınayıblar.

60 kq çəki dərəcəsində yarışan Rövşən Bayramov yalnız finalda gürcü rəqibinə yenilib. Həsən Əliyev də 66 kq çəkidə mübarizə aparıb və həlledici görüşə qədər məğlubiyyətsiz irəliləyib. Qızıl uğrunda görüşdə isə idmançımız Almaniya təmsilçisinə məğlub olub.

Sərbəst güləş yarışlarında Azərbaycanı Əşrəf Əliyev, Aleksandr Qostiyev, Hacı Əliyev və Məhəmmədhacı Xatiyev təmsil edib. Yarımfinal mərhələsində həmyerlilərimiz üz-üzə gəliblər və qarşılaşmadan Əşrəf Əliyev qalib ayrılıb. Finalda rusiyalı Hacı Hacıyevə məğlub olan Əşrəf Əliyev gümüş medala sahib olub.

Digər idmançılarımız – 60 kq çəkili Hacı Əliyev bürünc, 84 kq-da güləşən Məhəmmədhacı Xatiyev isə gümüş medal qazanıb.