Olimpiada qalibləri Odlar Yurdu Universitetində mükafatlandırıldı

Olimpiada qalibləri Odlar Yurdu Universitetində mükafatlandırıldı
Oxunma sayı: 511

Odlar Yurdu Universitetində Azərbaycan Respublikası Prezidentinin Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunan VIII “Fənlərin Dostluğu Olimpiadası”nın qaliblərinin mükafatlandırılması baş tutub.

"Qafqazinfo" xəbər verir ki, respublikamızda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX-X sinif şagirdləri arasında keçirilən Olimpiadanın  bu ilki buraxılışında ölkənin müxtəlif bölgələrindən 1200-dən artıq şagird iştirak edib. Olimpiadada ən yüksək bal toplamış ilk 10 şagird təşkilatçılar və sponsorlar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

İlk olaraq tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev bildirib ki, hazırda Azərbaycanda keyfiyyətli təhsilə yüksək tələbat var və yüz minlərlə gənc bu keyfiyyətli təhsili əldə etməyə çalışır. Odlar Yurdu Universiteti hər zaman intellektual oyunların daha geniş vüsət almasına, gənclərin dünyagörüşünün formalaşmasına, elmi biliklərinin artmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına töhfə vermək istiqamətində daima uğurlu layihələrə imza atır.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub. I yeri Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin 10-cu sinif şagirdi Yaşar Kərimli, II yeri Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin 10-cu sinif şagirdi Hüseynzadə Yusif, III yeri isə Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Hacızadə Toğrul qazanıb.

Tədbir Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin ifası ilə davam edib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi