Olimpiada qaliblərini Azercell mükafatlandıracaq

olimpiada-qaliblerini-azercell-mukafatlandiracaq
Oxunma sayı: 639

“Qafqazinfo” xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutan olimpiadada ümumilikdə respublikanın 13 ali təhsil müəssisəsindən 48 komanda iştirak edib.

Bilik yarışmasında ilk 4 yerə layiq görülən komandalara “Azercell Telekom” MMC tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

Sosial yönlü layihələrə milyonlarla vəsait xərcləyən “Azercell Telekom” MMC tələbələrlə əlaqəli təşəbbüslərə də xüsusi diqqət ayırır. Artıq neçə illərdir mövcud olan Tələbə Təqaüdü proqramı çərçivəsində 100-ə yaxın gənc təhsil illərində dəstək alıb. 3 ildir Barama İnnovasiya Mərkəzi ilə birlikdə İKT sahəsində müxtəlif layihələr icra olunub, yeni təşəbbüslər ortaya qoyulub. Ötən il ölkədə sosial layihələrin həyata keçirilməsi üçün “Azercell Telekom” MMC 1.6 milyon manat, 16 il ərzində isə təqribən 13.2 milyon manat həcmində vəsait sərf edilib. İKT ili elan edilən 2013-cü ildə Azercell bu kimi sosial yönümlü layihələrə daha çox diqqət verəcək. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.