Olimpiadada fırtına - Yarışlar təxirə salındı

Olimpiadada fırtına - Yarışlar təxirə salındı
Oxunma sayı: 985

Pxençxan Qış Olimpiadasının təşkilatçıları dağ-xizək idmanının slalom növü üzrə qadınlar arasında final yarışlarını əlverişsiz hava şəraitinə görə fevralın 16-na keçirmək barədə qərar qəbul ediblər.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, onlar Kannındadakı Olimpiya parkının sahilboyu klasterində yerləşən reproduktorlar vasitəsilə tamaşaçılara küləyin qüvvətləndiyi və şiddətləndiyi vaxtlarda açıq havada olmamağı, obyektlərin və restoranların içinə girməyi tövsiyə ediblər.

Olimpiadanın sahilboyunda yerləşən klasteri hələ səhər saatlarında şiddətli küləyə məruz qalıb və onun sakitləşəcəyi ehtimal olunmur.

Əvvəlcə yarışları bir neçə saat təxirə salmaq istəyiblər, amma sonra başqa günə keçiriblər.

Qadınlar arasında biatlon üzrə fərdi yarışlar da bir gün sonraya keçirilib. Fevralın 14-nə planlaşdırılan yarış fevralın 15-də kişilər arasında yarışlarla bir gündə keçiriləcək.

Xizək ikinövçülüyü üzrə Olimpiya turniri çərçivəsində tramplindən tullananların gecikmə ilə başlayan yarışları hava şəraitinə baxmayaraq davam edir. Birinci mərhələdən sonra yaponiyalı Akito Vatabo liderlik edir.

Dağ-xizək idmanı və snoubord üzrə yarışların vaxtı əlverişsiz hava şəraitinə görə dəfələrlə təxirə salınıb. Məsələn, şiddətli külək səbəbindən dağ-xizək idmanının nəhəng slalom növü üzrə fevralın 12-də qadınlar arasında keçiriləcək yarışlar, habelə kişilər arasında sürətli eniş üzrə yarışlar başqa vaxta keçirilib.

Külək tüğyan etdiyi üçün Kannında Olimpiya suvenirlərinin satıldığı əsas mağaza bağlanıb.

Ətrafı toz-dumana bürüyən külək bəzi yerlərdə Olimpiya rəmzləri olan bannerləri və informasiya lövhələrini qoparıb.

“Sport-Ekspress” qəzetinin müxbirlərinin yazdığına görə, külək Olimpiya parkında tamaşaçıların olduğu məntəqələri darmadağın edib. Küləyin çadırları sovurmaması üçün könüllülər onları tutub saxlamağa məcburdurlar. Bir koreyalı uşaq arabasını zorla saxlayıb.

Təbii fəlakətin nəticələrini aradan qaldırmaq və zərərçəkənlərə yardım etmək üçün Olimpiya parkına xilasedicilər gəlib. Nəticədə təşkilatçılar tamaşaçılardan Olimpiya parkını boşaltmağı xahiş ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi