Olimpiadada səyyar məscidlər xidmət göstərəcək

olimpiadada-seyyar-mescidler-xidmet-gosterecek
Oxunma sayı: 1571

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında səyyar məscidlərin hazırlanması nəzərdə tutulur.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, yarışın təşkilatçıları səyyar məscidləri stadionlar və təlim mərkəzlərində hazırlamağı planlaşdırır.

Bunu Olimpiada üçün baza infrastrukturunu hazırlayan şirkətin rəhbəri Yaşuharo İnoe təklif edib:

“Namaz qılmaq müsəlmanlar üçün əsas şərtdir. Bu fikri təklif etməyimin əsas məqsədi müsəlmanların ibadəti üçün rahat şərait yaratmaqdır”.

İnoenin sözlərinə görə, məscidin ilk nümunəsi bu ilin sonunda hazır olacaq.