Olimpiadanın məxfi sənədləri - Mətbuatda

olimpiadanin-mexfi-senedleri-metbuatda-
Oxunma sayı: 640

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, gizli sənədlər olan qovluğu sərnişinlərdən biri aşkar edərək onu polisə deyil, The Sun qəzetinin redaksiyasına aparıb. Jurnalistlər sənədləri polisə təhvil versələr də oradakı məlumatlarla tanış olublar. Oxunan sirli sənədlər arasında oyunların təhlükəsizliyinə cavabdeh olan polis əməkdaşlarının nömrələri də olub. Qəzet əməkdaşları müəyyənləşdiriblər ki, polislər Olimpiada zamanı istifadə edəcəkləri radiolardan narazıdırlar və qovluqda onun qeyri-kafi işi ilə bağlı xeyli sayda şikayətlər yer alıb.

Polis rəhbərliyi baş verən hadisəni malalamaq üçün qovluqda heç bir məxfi informasiyanın olmadığını bəyan edib. Лotland-Yardın nümayəndəsinin sözlərinə görə, əgər sənədlər terrorçuların əllərinə düşsəydi belə oyunların təhlükəsizliyi təhdidi altında olmazdı.

Səidə