Olimpiya çempionu gimnastlarla görüşdü

olimpiya-cempionu-gimnastlarla-gorusdu
Oxunma sayı: 634

“Qafqazinfo”nun Trend.az-a istinadən verdiyi məlumata görə, görüş Azərbaycan Gimnastika Federasiyasının zalında baş tutub. 2004-cü il Afina Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə qalib olan Fərid Mansurov xanım gimnastlara uğurlar arzulayıb. O, gimnastikanın çox zərif və gözəl idman növü olduğunu bildirib.

Gimnastların suallarını cavablandıran çempion onlara öz tövsiyələrini də verib. Mansurov qeyd edib ki, istənilən idman növündə düzgün qidalanma və normal yuxu əsas şərtlərdən biridir: "Güləşçilər üçün artıq çəki yolverilməzdir və gimnastlar üçün də bunun nə qədər vacib olduğunu bilirəm. Biz idmançılar doymaq üçün deyil, acından ölməmək üçün yemək yeməliyik”.

Fərid Mansurov hər bir gimnast xanımımıza Olimpiya çempionu olmaq hislərini yaşamağı arzulayıb.

Qeyd edək ki, görüşdə həmçinin Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, milli komandanın baş məşqçisi Mariana Vasilyeva da iştirak edib.