Olimpiya mükafatçımıza 4 illik cəza verildi

olimpiya-mukafatcimiza-4-illik-ceza-verildi
Oxunma sayı: 1844

2014-cü ildən Azərbaycanın şərəfini qoruyan ukraynalı kanoeçi İnna Osipenko-Radomskya anti-dopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.

“Qafqazinfo” Beynəlxalq Kanoe Federasiyasının (ICF) saytına istinadən xəbər verir ki, Osipenko-Radomskaya 2018-ci ilin mayında yarışdankənar dopinq testindən keçməkdən imtina etdiyi üçün cəzalandırılıb.

Verilən cəzaya görə, 36 yaşlı idmançı 4 il müddətinə beynəlxalq yarışlarda çıxış edə bilməyəcək.

Onun 21 gün ərzində İdman Arbitraj Məhkəməsinə müraciət edərək qərara etiraz etmək hüququ var.

Qeyd edək ki, İnna Osipenko-Radomskya “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc medal qazanıb.