Olimpiya Oyunları Bakıda olsun – Təklif

olimpiya-oyunlari-bakida-olsun-teklif
Oxunma sayı: 682

Bu barədə Trend-ə cümə axşamı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib. Onun sözlərinə görə, Bakının namizədliyi rəsmi olaraq Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunub. "Yaxın günlərdə Beynəlxalq Olimpiya Komitəsi rəsmi olaraq 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizəd şəhərlərin adını açıqlayacaq", - Hüseynzadə deyib.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər.

Azərbaycanın Milli Olimpiya Komitəsi Bakının namizədliyini 2016-cı il Yay Olimpiya Oyunları üçün də irəli sürmüşdü. Lakin BOK 2016-cı ildə Olimpiadanın Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsini qərara alıb.