Olimpiya oyunlarının talismanı təqdim olundu

olimpiya-oyunlarinin-talismani-teqdim-olundu
Oxunma sayı: 1249

Qış Olimpiya oyunlarının Təşkilat Komitəsi 2022-ci ildə Pekində keçiriləcək yarışların talismanını təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, Komitənin Tvitter səhifəsində talismanın fotosu paylaşılıb. Bu, Bin Dundun adlı pandadır. 

“Buz geyimli, qızıl ürəkli və bütün idman növlərinə sevgi ilə yanaşan panda əsl Olimpiada ovqatını bütün dünya ilə bölüşməyə hazırdır”, - deyə qeyd edilib. 

Qeyd edək ki, Olimpiya oyunları 2022-ci ildə 4-20 fevralda Pekində keçiriləcək.