Ölkə dindarları bir araya gəldi

Ölkə dindarları bir araya gəldi
Oxunma sayı: 430


“Qafqazinfo” xəbər verir ki, bu sözləri akademik Vasim Məmmədəliyev bu gün QMİ-də ölkə dindarları ilə görüş zamanı deyib.

Akademik Vasim Məmmədileyev qeyd edib ki, ölkədə  böyük bir ictimai fəallıq yaşanır: “Bu prezident seçkiləridir. Xalq öz taleyini 5 illik seçdiyi bir şəxsə həvalə edir. Xalq böyük bir fəallıq göstərib öz taleyini kimə həvalə etməyi qərara alır. Ölkə son 5 ildə xeyli  inkişaf dövrü keçirib. Xalq bu inkişafın kimlər vasitəsilə həyata keçirildiyini bilir. İlham Əliyev ölkənin inkişafına nail olub. Ölkə büdcəsi bu gün 20 milyardı keçib.  Bəzən deyirlər ki, İlham Əliyevə vəkil lazımdırmı? İlham Əliyevin vəkilə ehtiyacı yoxdur. Onun Azərbaycanı inkişaf etdirməsi üçün gördüyü işlər göz qabağındadır.

Bütün bunlarla yanaşı dindarlarımız öz arzu istəyini bildirmək istəyir. Biz də bu gün bu məqsədlə bura yığışmışıq ki, dindarlarımız öz sözünü , istəklərini desinlər, Dindarın da seçmək hüququ var. Dindarların xahişini nəzərə alaraq bu gün Allahın evində yığışmışıq. Onlar xalqın taleyini kimə tapşırmaq istədiklərini ifadə etmək istəyirlər”.

Günel


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi