Ölkə kubokunda yarımfinal cütləri müəyyənləşdi

olke-kubokunda-yarimfinal-cutleri-mueyyenlesdi
Oxunma sayı: 1477

Azərbaycan kubokunda yarımfinalda qarşılaşacaq rəqiblər məlum olub.

“Qafqazinfo” xəbər verir ki, “Səbail” kubokdan kənarlaşdıran “Qəbələ”, “Zirə”dən üstün olan “Neftçi” ilə qarşılaşacaq.

“Qarabağ”ı məğlub edərək sürprizə imza atan “Sumqayıt” isə “Kəpəz”i mübarizədən uzaqlaşdıran “Keşlə”yə rəqib olub.

Qeyd edək ki, mərhələnin oyunları 11-18 aprel tarixlərində baş tutacaq.