Ölkə prezidenti ilə naziri görməzdən gəldi - Video

olke-prezidenti-ile-naziri-gormezden-geldi
Oxunma sayı: 5314

Afrika Millətlər Kubokunun finalından sonra keçirilən təltifetmə mərasimində maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Əlcəzair millisinin ulduz futbolçusu Riyad Mahrez kuboku alan zaman Misir Prezidenti Mustafa Madbuli və ölkənin İdman nazirini görməzdən gəlib.

Onun bu hərəkəti sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Mahrezin nəyə görə belə addım atdığı barədə məlumat verilmir.

Qeyd edək ki, Əcəzair millisi Misirdə keçirilən turnirin finalda Seneqal üzərində 1:0 hesablı qələbə qazanmışdı.