Ölkə prezidenti ralli yarışında qalib oldu - Fotolar

olke-prezidenti-ralli-yarisinda-qalib-oldu
Oxunma sayı: 2569

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Qaraqum səhrasında keçirilən “Amul-Xəzər 2018” ralli yarışında qonaq qismində iştirak edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təşkilatçılar prezidentin yarışda iştirak edəcəyini heç kimə açıqlamayıb.

Yarış zamanı Q.Berdiməhəmmədov avtomobillərdən birinin sükanı arxasına keçib. Yanında isə köməkçi pilot olaraq oğlu Sərdar Derdiməhəmmədov əyləşib.

Prezident yarışı 10 dəqiqə 10 saniyə 45 salisədə hamıdan öncə bitirib. O, finişə ən yaxın izləyicisindən 12 saniyə öndə çatıb.

Qeyd edək ki, Türkmənistan prezidenti ralli yarışlarından əlavə kitab yazmaq, mahnı oxumaq, atıcılıq və atçılığa da maraq göstərir.