“Ölkə üçün məsuliyyəti yalnız əxlaqlı hakimiyyət daşıya bilər”

olke-ucun-mesuliyyeti-yalniz-exlaqli-hakimiyyet-dasiya-biler
Oxunma sayı: 656

Manukyan bildirib ki, hər il 1400 erməni Belçikaya vətəndaşlıq almaq ümidi ilə müraciət edirlər: “Analoji vəziyyət digər Avropa ölkələrində də var. Siyasi sığınacaq istəyirlər, müxtəlif xəstəliklər uydururlar. Ermənistan boşalır, ölkə iflas həddindədir” .

Manukyanın sözlərinə görə, bəzi ermənilər uzaq Afrika ölkələrinə yerli almaz mədənlərində işləmək ümidi ilə gedirlər. Aram Manukyan vaxtından əvvəl seçkilərin keçirilməsinin qaçılmaz olduğunu qeyd edib: “hakimiyyət üçün pul və sərvət məqsədə çevrilib, bu andan etibarən isə hakimiyyət məhv olmaq təhlükəsindədir. Bizim üstünlüyümüz ondadır ki, biz şəxsi maraqların ardınca getmirik. Biz müxalifətdən hakimiyyətə gəlmək istəyirik. Ölkə üçün məsuliyyəti yalnız əxlaqlı hakimiyyət daşıya bilər”.

Səidə