Ölkədə 100 manatlıq əskinas qıtlığı

olkede-100-manatliq-eskinas-qitligi
Oxunma sayı: 1202

"Qafqazinfo" "Anspress"ə istinadən xəbər verir ki, son dövrlər digər valyutalarla müqayisədə manatın məzənnəsinin sabit qalması vətəndaşların bir yığım vasitəsi kimi, manata, daha doğrusu, 100 manatlıqlara üstünlük verməsinə səbəb olub. Nəticədə ticarət obyektlərində alış-veriş zamanı 100 manatlıqların qıtlığı yaranır.

İqtisadçı Samir Əliyev hesab edir ki, ölkə iqtisadiyyatında nəğd pul qıtlığının yaranmasının qarşısını almaq üçün nəğdsiz ödənişlərin həcmini artırmaq həm də dövriyyəyə orta nominallı pullar buraxmaq lazımdır. Qeyd edək ki, bir müddət öncə Mərkəzi Bank ölkədə əldə olan 100 manatlıq əskinasları toplamaq və onları daha aşağı nominallı pullarla əvəz etmək üçün yeni qərar qəbul etmişdi.

Qərara əsasən, hər 100 manatlıq əskinas götürmək istəyən 30 qəpiyindən keçməlidir. Buna səbəb son 7 il ərzində 100 manatlıq əskinasların tədavüldə xüsusi çəkisinin 75%-ə çatması göstərilir. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirib ki, bu addım artıq öz effektini verməkdədir.