“Ölkədə 2 milyondan çox uşaq var...”

olkede-2-milyondan-cox-usaq-var
Oxunma sayı: 927

Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. “Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova YAP-ın saytına müsahibəsində deyib. 

Komitə sədri qeyd edib ki, dövlət tərəfindən mütəmadi olaraq qaçqın və  məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq  iştirakçılığına  yönəlmiş tədbirlər keçirilir. 

Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olub.

"Yeniləşən Azərbaycana yeni məktəb" çərçivəsində yüzlərlə təhsil ocaqları tikilib istifadəyə verilmişdir. Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində 100-ədək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunub.

Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilib. 2012-ci ildən prezident  Fərmanı ilə təsdiq edilmiş  “Uşaq hüquqlarının həyata  keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən, dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinq aparılıb. Hazırlanmış tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılmış, mütəxəssislər üçün yeni təlimlər keçirilib”.