Ölkədə 24 qanunsuz miqrant sax­­­la­nılıb

Ölkədə 24 qanunsuz miqrant sax­­­la­nılıb
Oxunma sayı: 530

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

DMX-dan “Qafqazinfo”ya verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 16 nəfər Hindistan, 5 nəfər Pakistan, 2 nəfər Nepal və 1 nəfər Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 24 nəfər əcnəbi saxlanılıb.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən 3 nəfər Pakistan, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşadıqları və ölkəyə gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub.

Saxlanılan əcnəbilərlə bağlı aparılan araşdırma işləri başa çatdırılıb və onların barəsində müvafiq inzibati tədbirlər görülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi