“Ölkədə at oynadırlar”

olkede-at-oynadirlar
Oxunma sayı: 646

Tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında gedən mülk davası davam edir. Artıq 1 ildir ki, Şeyx Əbdülün mənzil problemi həll olunmur.

Məsələyə aydınlıq gətirmək üçün Şeyx Əbdüllə əlaqə saxladıq. Şeyx Əbdül bildirdi ki, “mənim evimin 6 addımlığında bir ildir ”Qış bulvarı" salırlar. 1 ildir ki, mən təhlükə altında yaşayıram. Fövqəladə Hallar Nazirliyinin komissiyası burda yaşamağın təhlükəli olması ilə bağlı qərar çıxarıb, tanınmış deputatlar müraciət eləyib, Prezident Administrasiyası göstəriş verib, Nəsimi Rayon Məhkəməsi müraciət ünvanlayıb, ancaq bu tikintini aparan adamlar heç kimi saymırlar. Sonradan bəlli olub ki, bu tikintini “FF-2011" şirkəti tikir. Bunlar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlbir fəaliyyət göstərirlər. Mən özümə qarşı bu hərəkəti qəbul edə bilmirəm. Bu hökumətə nə pislik eləmişəm? İndiyə qədər bu hökumətdən heç nə almamışam, öz halal zəhmətimlə 4 otaq ev almışam. Ancaq bu evdə qorxa-qorxa yaşayıram. Mənim kimi ictimai xadimə qarşı bu cür rəftar eləyirlərsə, görün adi vətəndaşa nə zülm eləyirlər. Başa düşə bilmirəm, bu özəl tikintidi, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin burda nə işi var? Hacıbalanın nə ixtiyarı var ki, insanların şəxsi mülkiyyətinə müdaxilə etsin. Bütün mümkün variantlara əl atacam ki, öz istəyimə nail olum. Bu olanlar heç bir insanlığa, əxlaqa, mənəviyyata sığmır. İnsanlara qarşı bu cür zülm yolverilməzdir. Heç kim qanuna hörmət eləmir, məhkəməyə məhəl qoymur. Bunlar hüquq diliylə yox, quldur diliylə danışırlar. Mənşəyi bilinməyən adamlar ölkədə at oynadır”.

Şeyx Əbdül bildirdi ki, o Prezidentə teleqram vurub, sabah onu qəbul eləməyə razılıq veriblər. /azadliq.info/