Ölkədə bu il nə qədər ev tikilib?

Ölkədə bu il nə qədər ev tikilib?
Oxunma sayı: 405

2017-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1228,7 min kvadrat metr olan 8,5 min fərdi yaşayış evi istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 97,3 faizini təşkil edib.

Fərdi yaşayış evlərinin 447,8 min kvadrat metri və ya 36,4 faizi kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 143,9 kvadrat metr olub. Fərdi yaşayış evlərinin 49,8 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Lənkəran və Şəki şəhərlərində, Abşeron, Qazax, Tovuz, Şəmkir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi