Ölkədə bu işə 32 milyon pul xərclənib

olkede-bu-ise-32-milyon-pul-xerclenib
Oxunma sayı: 1027

2017-ci ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 32,3 milyon manat və ya 2016-cı illə müqayisədə 6,5 faiz çox vəsait sərf olunub.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, aparılmış geoloji-kəşfiyyat işlərinin 81,7 faizi neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib və bu işlərə 26,4 milyon manat xərclənib.

2016-cı illə müqayisədə ötən il radioaktiv metalların kəşfiyyatına 51,9 faiz, regional geoloji-geofiziki işlərə 25,0 faiz, hidrogeoloji işlərə  19,4 faiz, əlvan metalların kəşfiyyatına 8,3 faiz, elmi-tədqiqat işlərinə 8,0 faiz çox, nəcib metalların kəşfiyyatına 23,8 faiz, qara metalların kəşfiyyatına 14,3 faiz az vəsait sərf edilib.