Ölkədə laparoskopik əməliyyatlara tələbat artıb - Video

olkede-laparoskopik-emeliyyatlara-telebat-artib
Oxunma sayı: 1181

Azərbaycanda səhiyyənin bir çox sahələrdə yüksək səviyyədə inkişafı danılmaz faktdır. Xaricdə təhsil alan, praktika keçən həkimlərin yenilikləri artıq ölkəmizdə böyük inam və etibar qazanıb.

Son zamanların aktual mövzusu isə laparoskopik əməliyyatların üstünlüklərindən ibarətdir. “Qafqazinfo” xəbər verir ki, DİN Hospitalının cərrahiyyə şöbəsinin rəisi Dr. Eminov Vüsalın məlumatına görə, bu əməliyyat növü açıq əməliyyatlardan fərqli olaraq, qarın üzərində 3-5 xırda dəlik açılmaqla həyata keçirilir. Öd daşı, yırtıqlar, appendisit, mədə kiçiltmə əməliyyatı, bir sira ginekoloji əməliyyatlar laparoskop üsulla aparılır. Laparoskop əməliyyatın digər müsbət tərəfləri sağalma müddətinin adi əməliyyatdan 4-5 dəfə qısa olması, yüngül keçirilməsi, kosmetik effekti, xəstələrdə həyat keyfiyyətinin və psixo-emosional durumun daha yüksək olması və.s-dir.

Qeyd edək ki, müasir cərrahiyyədə laparoskopik üsulla həyata keçirilən əməliyyatlar günü-gündən təkmilləşərək bəzi patologiyalar üçün qızıl standarta çevrilib.