Ölkədə maye qaz qıtlığı yaranıb - Yenilənib

olkede-maye-qaz-qitligi-yaranib
Oxunma sayı: 2725

Bir neçə gündür ki, ölkədə mavi qaz ( propan) qıtlığı yaşanır. 

Bu barədə “Qafqazinfo”ya həm paytaxtdan, həm də rayonlardan çoxsaylı müraciətlər daxil olub. Onlar bildirir ki, yanacaqdoldurma məntəqələrində avtomobillərinə  vurdurmaq üçün qaz tapmırlar. Həmçinin məişətdə işlədilən qaz balonlarını da doldura bilmirlər.

“Qafqazinfo” məsələ ilə bağlı SOCAR-la əlaqə saxlayıb. SOCAR-dan bildirilib ki, problem onlarlıq deyil. Dövlət Neft Şirkəti yanacaqdoldurma məntəqələrini lazımı səviyyədə mavi qazla təmin edib.

Problemin səbəbini öyrənmək üçün Məişət Maye Qaz MMC ilə əlaqə saxladıq. Onlar məsələ barədə məlumatlı olduqlarını vurğuladılar. 

Qeyd etdilər ki, hər il avqust ayında avadanlıqların istismar müddəti bitir. Ona görə də ehtiyac yarandığı halda yeniləri ilə əvəz edilir. Bu il isə işlərə iyul ayından başlanılıb. Ona görə də bir neçə gündür ki qıtlıq yaşanır. Hazırda işlər davam edir. Yaxın 3-4 gün ərzində işlər yekunlaşacaq və məsələ öz həllini tapacaq.

***

Məişət Maye Qaz QSC-dən “Qafqazinfo” ilə yenidən əlaqə saxlayaraq bildirilib ki, Azərbaycanda işığın sönməsi ilə əlaqədar  şirkətin zavodunda problem yaranmışdı. Bu problem artıq tam olaraq dünəndən etibarən öz həllini tapıb. Satış hazırda normal şəkildə həyata keçirilir.

Günel Türksoy