Ölkədə rəqəmli televiziya yayımına keçiləcək

olkede-reqemli-televiziya-yayimina-kecilecek
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə YAP-ın internet saytına verdiyi müsahibəsində deyib. Nazir müavini gələcəkdə kommersiya təyinatlı əlavə 50-60 TV proqramının yayımı da həyata keçiriləcək. E.Vəlizadə TV yayımı tam təmin edildikdən sonra analoq televiziya yayımı dayandırılacağını bildirib.
Nazir müavinin sözlərinə görə, Azərbaycanda rəqəmli TV yayımına keçidlə əlaqədar indiyədək sınaq məqsədilə aparılan işlər genişləndirilir. E.Vəlizadə deyib ki, artıq Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran şəhərlərində və ətraf ərazilərdə MPEG-4 standartında rəqəmli TV yayımı həyata keçirilir. Rəqəmli televiziya yayımına keçidin təmin ediləcəyini deyən nazir müavini bunu həyata keçirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli Sərəncamı ilə ölkə ərazisində rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı proqramının təsdiq edildiyini qeyd edib.