Ölkədəki atların sayı 71,6 min başa çatıb

olkedeki-atlarin-sayi-716-min-basa-catib
Oxunma sayı: 659

Aqrar islahatlar aparıldıqdan sonra hazırda ölkədə atların sayı artaraq 71,6 min başa çatıb.

Kənd Təsəsrrüfatı Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur. Bunlar "Dilbaz" və "Qarabağ" atlarıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli 111 nömrəli qərarı ilə Qarabağ atlarının yetişdirildiyi “Ağdam atçılıq təsərrüfatı” MMC və Dilbaz atlarının yetişdirildiyi “Dilbaz” atçılıq təsərrüfatı” MMC Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib. İnstitutun inşası başa çatdıqdan sonra atçılıq üzrə geniş elmi-tədqiqat işlərinn aparılması planlaşdırılır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Qarabağ və Dilbaz at cinslərinin inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlərin icrasına başlanılıb, Ağdam atçılıq kompleksinin inşası başa çatmaq üzrədir. “Ağdam atçılıq təsərrüfatı” MMC-də hazırda 200 başdan çox, o cümlədən 50 baş törədici madyan və 5 baş törədici ayğır saxlanılır.