“Ölkəmizin komandasına qarşı oynamaq xüsusidir” - Kintana

“Ölkəmizin komandasına qarşı oynamaq xüsusidir”
Oxunma sayı: 603

Topaz Premyer Liqasının 10-cu turunda "Qarabağ" "Səbail"i əbul edib və 1:0 hesablı qələbə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra Ağdam klubunun ispaniyalı futbolçusu Dani Kintana jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq oyun haqda danışıb: 
 
- Çətin keçəcəyini bilirdik. Üstəlik, ilk hissədə qırmızı vərəqə aldıqdan sonra bir az da çətin oldu. Buna baxmayaraq, layiqli qləbə qazandıq. Ancaq bəzi epizolar oldu ki, hakimin müəmmalı qərarlarları oldu. Oyunun nəticəsini daha erkən həll edə bilərdik.
 
- Meydanda ən yaxşılardan biri idin. Formanı bərpa edirsən?

- İlk dəfə idi ki, 25 dəqiqədən çox oynadım. Forma yığmaq üçün vaxta ehtiyacım var. Məşqlərdə çox çalışıra. Son qərar isə baş məşqçinindir.
 
- "Atletiko" ilə oyuna hazırsan?

- Mən hər zaman özümü hazır hesab edirəm. Bu oyuna da yaxşı hazırlaşacam. Ancaq təbii ki, son qərar baş məşqçiyə aiddir.
 
- Ciddi zədədən sonra ehtiyatlı oynadığını demək olar?

- Bu gün hansısa epizoddan çəkinməmişəm. Ancaq istənilən ağır zədədən sonra ehtiyatlı olmaq gərəkdir. Bu, normal haldır.
 
- Cərimə meydançasında baş verən epizod penalti idi?

- Təkrara baxmamışam. Öz düşüncəmə görə həmin epizodda penalti var idi.
 
- Bir ispan futbolçu kimi ölkənin təmsilçisi "Atletiko"ya qarşı oynamaq nə qədər önəmlidir?

- Bu turnirdə istənilən komandaya qarşı oynamaq möhtəşəmdir. İspan olduğumuz üçün ölkəmizin komandası olan "Atletiko"ya qarşı oynamaq daha xüsusidir. Ailəmiz bizi stadiondan izləyəcək. Bu da önəmi daha da artırır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi