Ölkəni kütləvi etiraz dalğası bürüyür

olkeni-kutlevi-etiraz-dalgasi-buruyur
Oxunma sayı: 635

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, ispanlar hökumətin həyata keçirməyə hazırlaşdığı yeni iş islahatına etirazlarını ifadə ediblər. Xəbərlərdə ötən gün Kataloniya əyalətində 250 mindən çox insanın iştirakı ilə izdihamlı nümayişin keçirildiyi qeyd olunub.

Paytaxt Madridin Puerta del Sol meydanında isə keçirilən hökumət əleyhinə nümayişdə isə 170 mindən çox ispan iştirak edib. Ölkənin ən böyük həmkarlar ittifaqı CC.OO və UGT-nin təşkilatçılığı ilə baş tutan nümayişdən dolayı ictimai xidmət minimum səviyyəyə düşüb.

Təşkilatçılar Mariano Racoy hökumətinə qarşı keçirilən ilk ümumi kütləvi nümayişin uğurla başa çatdığını deyiblər. Habelə onlar hökumətin qəbul etdiyi islahatlar həyata keçiriləcəyi təqdirdə ölkədəki işsizlərin sayının 6 milyona çatacağını bildiriblər.