Ölkənin ən böyük aeroportunun işçiləri tətilə hazırlaşır

olkenin-en-boyuk-aeroportunun-iscileri-tetile-hazirlasir
Oxunma sayı: 1029

Finlandiyanın ən böyük hava limanından biri olan Helsinki-Vantaanın işçiləri tətil etməyə hazırlaşır.

“Qafqazinfo” “Finavia”ya istinadən xəbər verir ki, kütləvi etiraz cümə günü səhər saat 5-dən şənbə günü eyni saata qədər davam edəcək. Bildirilir ki, tətil Həmkarlar İttifaqı (İAU) ilə Lassila & Tikanoja Oyj (L & T) şirkəti arasında kollektiv əmək müqaviləsinin bağlanması zamanı yaranan problemlə əlaqədardır. Xəbərdə qeyd edilir ki, işçilərin aksiyası zamanı yardıma ehtiyacı olan sərinişinlərə heç bir kömək göstərilməyəck.  

Aeroport operatoru sərnişinlərə müraciət edərək bildirib ki, cümə günü uçuş planlayanlar ətraflı məlumat almaq üçün turzim agentliyi və ya aviaşirkətlə əlaqə saxlasınlar.

Aysel Kərimova