Ölkənin nüfuzlu liseyi şagird qəbulunu elan etdi!

Ölkənin nüfuzlu liseyi şagird qəbulunu elan etdi!
Oxunma sayı: 1926

On ildən çox bir vaxtda, fərqli təhsil sahələrində  fəaliyyət göstərən və milli təhsil brendinə çevrilən “Kaspi” Təhsil Şirkətinə məxsus “Kaspi” Liseylərinə şagird qəbulu artıq başladı!

Bakı şəhərində iki ünvanda fəaliyyət göstərən “Kaspi” Liseyləri öz dinamik fəaliyyətinə və göstərdiyi nəticələrə görə artıq xeyli yol qət etmiş, öz sahəsinin peşəkarına çevrilmişdir.“Mükəmməl milli təhsil amalımızdır!” şüarı ilə 2014-cü ildən fəaliyyətə başlayan “Kaspi” Liseylərinin əsas  fəaliyyət istiqamətləri həm fərqli, həm də bir-birini tamamlayan yol xəritəsi kimi müəyyən olunmuşdur.

Belə ki, bu liseylərdə ilk istiqamətdə görülən iş şagirdin, milli kimliyi yaddaşına həkk edilmiş, mənəvi dəyərlərə malik əsl bir azərbaycanlı vətəndaşı kimi yetişdirilməsidir. Məlumdur ki, günbəgün dəyişən və müxtəlif zərərli informasiya mənbələrinin açıq olduğu bir dövrdə əxlaqi prinsiplərə malik bir insan yetişdirmək çətindir; nəzərə alsaq ki, şəxsiyyəti tam formalaşmamış, iradəcə zəif olan yeniyetmələrin sosial şəbəkələrin və texnoloji cihazların əsirinə çevrilməsi prosesi getdikcə sürətlənir və bu qarşısıalınmaz bir hala çevrilir, o zaman buna qarşı valideynlərin təkbaşına mübarizə aparmasının da nə qədər çətin olduğunu anlamaq təsəvvür ediləndir. Məhz bu yolda, valideynlərə dəstək və sağlam əqidəli şəxsiyyətlər yetişdirmək üçün, “Kaspi” Liseyi xüsusi  proqram əsasında şagirdlərlə təlim-tərbiyə işini aparır: şagirdlərin mütəmadi olaraq fərdi və qrup şəklində sinif rəhbəri, psixoloq, təlim-tərbiyə işləri üzrə direktor müavini ilə görüşləri keçirilir, onlar üçün seminarlar təşkil olunur. Bundan əlavə, Liseylərdə “Milli yaddaş” layihəsi çərçivəsində vaxtaşırı olaraq, ölkənin müxtəlif ictimai xadimləri, həmçinin elm və mədəniyyət adamlarının iştirakı ilə tədbirlər keçirilir və şagirdlərə nüfuzlu və samballı şəxslərin simasında əyani nümunələr göstərilir.

İkinci əsas istiqamət şagirdlərin beynəlxalq arenaya çıxa, qlobal dünyanın müstəqil nümayəndəsi kimi yetişə bilmələri üçün görülən tədbirlərdən ibarətdir. Bu məqsədə nail olmaq üçün, onlara ingilis dili və informasiya texnologiyaları elmi əsaslı və intensiv şəkildə tədris edilir, dünyamiqyaslı olimpiadalarda  - İnfomatrix, Genius və s. – şagirdlərin iştirakı təmin edilir. Bundan başqa, xarici universitetlərə hazırlaşmaq istəyən şagirdlər üçün xüsusi tədris proqramı həyata keçirilir, hansı ki, bu proqrama IELTS və SAT hazırlıqları daxil edilir. Şirkətin “Xaricdə təhsil” şöbəsinin köməkliyi ilə, şagirdlərin xarici universitetlərə müraciət və qəbul proseduru bütöv şəkildə aparılır və təhsil müddəti başa  çatana qədər onlara Lisey öz dəstəyini göstərir.

Kaspi” Liseyləri milli və dünya vətəndaşları yetişdirərkən, onların bir insan, bir sosial fərd olaraq formalaşmasını da unutmur, şagirdlərin şəxsi inkişafları üçün müxtəlif addımlar atır: beləliklə, üçüncü ana istiqamət, hər iki liseydə, müxtəlif incəsənət, idman və məntiq dərnəkləri, il boyu mütəmadi olaraq keçirilən bədii gecələr, fənn həftələri, yarışmalar, təşkil olunan səfər və ekskursiyalardır ki, bunlar da öz növbəsində şagirdlərin sosiallaşmasına, onların dünyagörüşünün formalaşmasına kömək edir, həmçinin onlarda gizli qalan qabiliyyətləri  və potensialı aşkarlamağa kömək edir; nəticədə şagirdin həm özünütanıma prosesi gerçəkləşir, həm də fərdi inkişafı baş verir.

Bundan əlavə, liseylərdə psixoloq və xüsusi məsləhətçilər fəaliyyət göstərirlər ki, onların sayəsində, uşaqlarda yaranmış və ya yarana biləcək hər hansı bir psixoloji narahatlıq, dərslərə yanaşmadakı nöqsanlar, dostları və ümumiyyətlə Lisey kolloektivi ilə ünsiyyətdəki problemlər və s. kimi oxşar məqamlar aşkarlanır, lazımi tövsiyələr verilir və müvafiq həll yolları tapılır.

Bu üç istiqaməti ayrı-ayrılıqda quran və idarə edən peşəkar müəllim-işçi kollektivinin fəaliyyəti nəticəsində liseyin akademik və sosial göstəriciləri hər il artır və ümumilikdə  lisey yüksələn xətt üzrə inkişaf etməkdə davam edir.

Maraqlananların nəzərinə çatdırırıq ki, 2018/2019-cu tədris ili üçün Kaspi-Bakıxanov və Kaspi – Ağ şəhər liseylərində qəbul 1-11-ci siniflər üzrə 20 aprel tarixinə qədər aparılır. O da qeyd olunmalıdır ki, “Kaspi” liseylərində qəbul imtahanında iştirak edərək yüksək bal toplamış şagirdlər, həmçinin ölkədə keçirilən fənn olimpiadalarının qalibləri güzəştli təhsil almaq hüququ əldə edə bilərlər. Eyni zamanda, valideynlər Liseylərə baş çəkə və yerindəcə məktəb ilə yaxından tanış ola bilərlər.

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi