Ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı

olkesine-qayidan-suriyalilarin-sayi-aciqlandi
Oxunma sayı: 1164

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçki kampaniyası çərçivəsində Qaziantep şəhərində xalq qarşısında çıxış edib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Ərdoğan Suriyada keçirilən əməliyyatlar və qaçqınlar barəsində məlumat verib.

O bildirib ki, Afrin terrorçulardan tamamilə təmizlənəndə və Türkiyə Münbiçdə nəzarəti ələ keçirəndə daha çox suriyalı oraya qayıdacaq:

“Suriyanın sabitliyi Türkiyənin güclü olmasından asılıdır. Əks-təqdirdə Suriyanı parça-parça edəcəklər. Üstəlik, sərhədimizdə quracaqları terrorçu dövlətlə bizi narahat edəcəklər. Seçkilərdən sonra Suriya torpaqlarını təhlükəsiz hala gətirməyi və suriyalıların öz evlərinə qayıtmalarını təmin etməyi düşünürük”.

Ərdoğan qeyd edib ki, bu zamana qədər 200 minə yaxın suriyalı Türkiyədən öz vətəninə qayıdıb.