Ölkəyə gətirilən 6342 dərman vasitəsində uyğunsuzluqlar aşkarlanıb

Ölkəyə gətirilən 6342 dərman vasitəsində uyğunsuzluqlar aşkarlanıb
Oxunma sayı: 536

Tarif Şurası tərəfindən 11 minə yaxın dərman vasitəsinin qiyməti tənzimlənib.
 
“Qafqazinfo”nun məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci il üzrə illik hesabatında əks olunub.
 
Məlum olub ki, il ərzində 852 dərman vasitəsi dövlət qeydiyyatına alınıb, 846 dərman vasitəsi yenidən qeydiyyat proseduruna qəbul edilib.
 
Keyfiyyətsiz, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə aparılan müayinələr nəticəsində hesabat ili ərzində idxalı üçün müraciət olunmuş 28 411 seriya dərman vasitəsindən 6342-də müəyyən uyğunsuzluqlar aşkar olunub.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi