“Ölkəyə gətirilən dərmanlara güclü nəzarət var”- - Aydın Əliyev

olkeye-getirilen-dermanlara-guclu-nezaret-var-
Oxunma sayı: 828


“Qafqazinfo”nun APA-Economics-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, psixotrop maddələrin və buna bənzər digər dərmanların dövriyyədən götürülməsi gömrük orqanının ixtiyarındadır: “Bəzi vətəndaşlar digər ölkələrə getdikdə öz tələbatı üçün resept əsasında dərman gətirir. O dərmanlar resept əsasında ölkəyə gətirilirsə, gömrük orqanları bununla bağlı heç bir tədbir görə bilməz. Ölkəyə idxal olunan dərman preparatlarına isə güclü nəzarət mövcuddur”.