Ölkəyə gizli gətirilən telefonlar tapıldı

Ölkəyə gizli gətirilən telefonlar tapıldı
Oxunma sayı: 968

Avtomobildə gizlədilən mobil telefonlar aşkarlanıb.

“Qafqazinfo” nun Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Tovuzda "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin dam örtüyünün altında 8 ədəd "Samsung Galaxy J3-6" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi